Tramp: Çin ticarət razılaşmasını pozub

Tarix: 20:23 30.05.2025
ABŞ-nin keçmiş prezidenti Donald Tramp, Çin hökumətini ABŞ-lə əldə edilmiş ticarət razılaşmasını pozmaqda ittiham edib. Tramp bu barədə Truth Social platformasında paylaşım edib.
İki həftə əvvəl Çin iqtisadiyyatının ciddi təhlükə altında olduğunu iddia edən Tramp, "Tətbiq etdiyim yüksək tariflər, Çinin dünyanın açıq ara bir nömrəli bazarı olan ABŞ-də ticarət aparmasını demək olar ki, mümkünsüz hala gətirdi”,-deyə bildirib.
Tramp, tariflərin Çinə qəfil tətbiq olunmasının bu ölkə üçün dağıdıcı nəticələr doğurduğunu, bir çox fabrikin bağlandığını və daxili narazılığın artdığını qeyd edib.
TRT Xəbər
Xəlilli Nigar