Kanada tarixinin ən böyük meşə yanğınlarından biri ilə üz-üzədir

Tarix: 21:09 30.05.2025
Kanadanın qərb və mərkəzi bölgələrində nəzarətdən çıxan meşə yanğınları on minlərlə insanın evlərini tərk etməsinə səbəb olub. Bu il üçün elan edilən pis ssenarilər bir-bir gerçəkləşməkdədir. Yanğınlardan qalxan tüstü buludları artıq ABŞ-nin şimal şəhərlərinə qədər çatıb.
Cümə axşamı günü hava keyfiyyəti göstəricisi “çox təhlükəli”səviyyəyə yüksəlib. Kanada Meşə Yanğınları Mərkəzinin məlumatına görə, hazırda ölkədə 160-dan çox yanğın davam edir və onların təxminən yarısı tamamilə nəzarətdən çıxan vəziyyətdədir.
Milli Təcili Hazırlıq Səviyyəsi ən yüksək olan 5-ci səviyyəyə qaldırılıb. Qeyd edək ki, bu səviyyə ötən il yalnız 15 iyulda elan olunub.
TRT Xəbər
Nuray Əliyeva