ABŞ-nin Rusiyaya ehtiyacı var

Bölmə: Dünya › ,
Tarix: 22:10 30.05.2025

ABŞ Prezidenti Donald Trampın son açıqlamaları ilə Moskva ilə Vaşinqton arasında başlayan gərginlik narahatlıq doğurur. Rusiyanın aparıcı tarixçilərindən biri, professor Yuri Pivovarov Tramp və Putini ilk dəfə qırılma nöqtəsinə gətirən prosesi dəyərləndirərkən, "Sülh olacaq. Zaman Rusiyanın xeyrinədir. Baş verənlər qopma deyil, gərginlik strategiyasıdır”- şərhini verib.

 

Qlobal tarazlıqların bərpa olunduğu bir vaxtda ABŞ Prezidenti Donald Trampın son açıqlaması və Kremlin açıq-aşkar cavabı dünya ictimai rəyini narahat edib. Tramp əvvəlcə yeni embarqolar tətbiq edə biləcəyinə eyham vurduqdan və sonra “Putin odla oynayır” dedikdən sonra Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Mən bilirəm ki, həqiqətən də pis bir şey ola bilər, bu, III Dünya Müharibəsidir. 

 

Ümid edirəm ki, Tramp bunu başa düşür” və bu, bütün dünya üçün aktual mövzuya çevrilib. Bu hadisələri Rusiyanın aparıcı tarixçilərindən biri, Prof. Dr. Yuri Pivovarov müzakirə edib. İki lider arasında heç bir qopma olmayacağını deyən o, "Zaman Rusiyanın xeyrinə gedir. ABŞ-nin Rusiyaya ehtiyacı var. Baş verənlər taktiki gərginlik strategiyasıdır" şərhini verib. “Türkiyə həllin birbaşa və təbii hissəsidir” ifadəsini işlədən Rusiya Prezidenti Vladimir Putinin keçmiş daxili işlər üzrə baş müşaviri Pivovarov aşağıdakı diqqətəlayiq proqnozlar verib:

 

 

ABŞ Prezidenti Donald Trampla gərginlik Rusiya tarixində nadir görülən taktiki gərginlik strategiyasıdır. Bu prosesin sonunda iki lider arasında heç bir fasilə olmayacaq. ABŞ-dakı mühafizəkar və respublikaçı baza Rusiyaya rəğbət bəsləyir. 

 

Trampın dünyagörüşü ilə Putinin dünyagörüşü çox oxşar çərçivədə formalaşıb. Bu prosesdə Tramp NATO-nun və keçmiş prezident Co Baydenin müdaxilə xəttinə qarşı olduğunu da ortaya qoyur. 

 

Rusiyanın sərt tənqidi Putinə mesaj deyil, ABŞ hərbi sənaye kompleksinə göz yummaqdır. Liderlərin qarşılıqlı siyasi bəyanatları Rusiyada gərginliyin nəzarətli şəkildə artması kimi qiymətləndirilməlidir ki, bu proses real müstəviyə keçsin. Putin bilir ki, Tramp şəxsən sülhün tərəfdarıdır və Rusiya ilə daimi strateji əməkdaşlığı hədəfləyir”.

 

 

 

Haber Global

Əminə Əliyeva