ABŞ prezidenti Tramp Çini ticarət razılaşmasını pozmaqda ittiham edib

Tarix: 22:12 30.05.2025
ABŞ prezidenti Donald Tramp Çinin onlarla bağladığı ticarət razılaşmasını tamamilə pozduğunu iddia edib.
Tramp bu mövzuda “Truth Social” hesabında paylaşım edib.
İki həftə əvvəl Çinin böyük təhlükə altında olduğunu iddia edən Tramp, "Qətdirdiyim çox yüksək tariflər Çinin dünyanın bir nömrəli bazarı olan ABŞ bazarı ilə ticarətini demək olar ki, qeyri-mümkün etdi",- dedi.
Tramp Çinə birdən-birə bunu etməsinin onlar üçün dağıdıcı olduğunu, bir çox fabrikin bağlandığını və “vətəndaş iğtişaşları” olduğunu bildirib. Vəziyyəti Çin adına bəyənmədiyini bildirən Tramp:
"Çinlə onları çox pis olacağını düşündüyüm və baş verməsini istəmədiyim vəziyyətdən çıxarmaq üçün tez bir razılaşma əldə etdim. Bu razılaşmaya görə hər şey çox tez sabitləşdi və Çin həmişəki kimi işinə qayıtdı. Hamı xoşbəxt idi. Bu yaxşı xəbərdir. Pis xəbər odur ki, Çin, bəlkə də bəziləri üçün təəccüblü olmayan şəkildə, bizimlə bağladığı müqaviləni tamamilə pozdu".
Müvəqqəti razılaşma əldə olundu
ABŞ prezidenti Tramp Çinlə gömrük rüsumlarının hesablanmasından sonra ölkəyə tətbiq edilən tarifləri 145 faizə qaldırdı. Çin də ABŞ-yə tətbiq etdiyi tarifləri 125 faizə qaldırdı.
Bu ay İsveçrədə keçirilən ticarət danışıqlarından sonra ABŞ və Çin ikitərəfli tarifləri müvəqqəti olaraq aşağı salmaq barədə razılığa gəliblər.
Razılaşma çərçivəsində ABŞ-nin mayın 14-dən etibarən 90 gün müddətində Çin mallarına tətbiq edilən gömrük rüsumlarını 145 faizdən 30 faizə, Çinin isə ABŞ mallarına tətbiq edilən gömrük rüsumlarını 125 faizdən 10 faizə endirəcəyi açıqlanıb.
Çin və ABŞ arasında ticarət-iqtisadi əlaqələrə dair danışıqların davam etdirilməsi üçün mexanizm yaradılacağı bildirilib.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli