Dzeko "Fenerbahçe"ye vida etdi!

Bölmə: İdman › ,
Tarix: 22:19 30.05.2025

"Fenerbahçe"nin təcrübəli futbolçusu Edin Dzeko sosial media hesabında etdiyi paylaşımla sarı-lacivərdli komandaya vida etdiyini açıqlayıb.

 

Edin Dzeko bildirib: "Vida etməyin vaxtı gəldi. Yolları ayırmaq heç vaxt asan deyil; xüsusilə də "Fenerbahçe" kimi bir klub sizi dərinliklərə qədər təsirləndiribsə… Son iki il ərzində mənə ailə istiliyini hiss etdirən hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm." Digər tərəfdən, "Fenerbahçe" Klubu da 2 mövsümdür sarı-lacivərdli formanı geyinən təcrübəli futbolçusu Dzeko ilə vidalaşdı.

Bosniya və Herseqovinadan olan qolçu Edin Dzeko, sosial media hesabında paylaşdığı mesajla "Fenerbahçe" klubundan ayrıldığını elan edib.


Mənbə:A Haber
Zəhra Möhübbətova