Ukrayna Rusiyanı sülh danışıqlarının növbəti raundunu pozmaqda ittiham edir

Tarix: 22:22 30.05.2025
Getty Images Moskvanın bazar ertəsi İstanbulda danışıqlara komanda göndərdiyini təsdiqləməsindən sonra Ukrayna prezidenti Rusiyanın sülh danışıqlarının irəliləyişinə sadiqliyini şübhə altına alıb. Rusiya hələ ki, Ukraynaya danışıqlar təkliflərini göndərmir ki, bu da Kiyevin əsas tələbidir.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Moskvanın atəşkəs üçün şərtləri Türkiyədə müzakirə olunacaq. Lakin Vladimir Zelenski Moskvanı “növbəti mümkün görüşün nəticəsiz qalması üçün əlindən gələni etməkdə” ittiham edib. “Görüşün mənalı olması üçün onun gündəliyi aydın olmalı, danışıqlar düzgün hazırlanmalıdır. Ukrayna “tam və qeyd-şərtsiz atəşkəsə hazır olduğunu” təsdiqləyərək Rusiyaya öz təkliflərini göndərib. İki həftə əvvəl İstanbulda keçirilən danışıqların ilk raundu heç bir irəliləyiş gətirməyib, ancaq hərbi əsir mübadiləsinə nail olunub.
BBC News
Asiman Vəliyeva