"Kapadokyaspor"da 3-cü Liqaya yüksəlmə sevinci

Bölmə: İdman › ,
Tarix: 22:33 30.05.2025

Regional Amatör Liqadan 3-cü Liqaya yüksələn "Suvermez Kapadokyaspor" şəhərdə qeyd olunub.

 

Nevşehirde "Suvermez Kapadokyaspor"un Nesine 3-cü Liqaya yüksəlməsi münasibətilə tədbir keçirilib.

 

Kapadokya Mədəniyyət və İncəsənət Mərkəzində təşkil olunan mərasimə Nevşəhər Bələdiyyə Başçısı Rasim Arı, Gənclik və İdman İl Müdiri Muhsin Özdemir, Klub Prezidenti Emine Türkmen Demir, idmançılar, QHT nümayəndələri və çoxsaylı azarkeşlər qatılıb.

 

Musiqi müşayiəti ilə səhnəyə çıxan idmançılar, alqışlar arasında kuboklarını qaldırıb.

 

Tədbir hava fişəngləri və müxtəlif səhnə çıxışları ilə sona çatıb.

 

Suvermez Kapadokyaspor Play-Off final oyununda normal və əlavə vaxtda 1-1 bərabərlik əldə etdikdən sonra penaltilər nəticəsində Hendek Spor'u 6-5 məğlub edərək Nesine 3-cü Liqada yarışmağa haqq qazanıb.

 

Mənbə: TRT Haber

Nigar Həsənzadə