Hande Baladın: Qarşıda çox gözəl yay bizi gözləyir

Bölmə: İdman › ,
Tarix: 22:38 30.05.2025

Türkiyə Voleybol Federasiyası (TVF) A Milli Qadın və Kişi komandalarını FIVB Millətlər Liqası öncəsi təşkil etdiyi qala gecəsində bir araya gətirir.

 

Çubukluda keçirilən tədbirdə milli voleybolçu Hande Baladın DHA-ya xüsusi açıqlama verir.

 

 Hande Baladın bildirir: “Hazırlıqlarımız yeni başlayır. Addım-addım toparlanırıq. Çox uzun mövsümdən çıxmışıq. Mövsümü erkən bitirən oyunçular var, gec bitirənlər var. Hamımızın dincəlməyə ehtiyacı var, xüsusən də zehni olaraq. İndi tam heyət deyil. Komandaya yeni qoşulan dostlar da var. Millətlər Liqası turniri boyunca bəzi dostlar dincələcək, bəzi gənc oyunçular meydanda olacaq . Əminəm ki, çox gözəl bir yay bizi gözləyir. Çinə yeni isimlərlə gedəcəyik. Meydana çıxan hər oyunçu burada yüz faizini vermək üçün var. Düşünürəm ki, gözəl bir yay bizi gözləyir".

 

Hande Baladın:

 

"Yay boyunca azarkeşlərimizin gözəl enerjisinə ehtiyacımız var".

 

Azarkeşlərin dəstəyinə və pozitiv enerjisinə ehtiyac olduğunu bildirən 27 yaşlı smaçer deyir: “Hamısını çox sevirik əlbəttə. Uzaqda olsaq da, ekran qarşısında izləyənlərə, azarkeşlərimizə və meydanda bizi dəstəkləyən azarkeşlərə çox təşəkkür edirik. Onların yay boyunca gözəl enerjisinə, pozitiv enerjisinə və dəstəyinə ehtiyacımız var. Onlar bunu bilirlər. Biz də onları gözləyirik".

 

Digər tərəfdən, Hande Baladın fərdi performansı haqqında deyir ki, hər zaman əvvəlki günündən daha yaxşısını etmək istəyir.

 

Mənbə: TRT Haber

Nigar Həsənzadə