Prezident təsdiqlədi: ölkəmizdə bu cəzalar sərtləşdirilib

Bölmə: Dünya › ,
Tarix: 22:59 30.05.2025

 

Azərbaycanda dəmir yolu, su, hava nəqliyyatı, pilotsuz uçuş aparatları və ya hava nəqliyyatı vasitəsi kimi istifadə olunmayan digər hava gəmilərinin hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib.

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.


Yeni dəyişikliklərə əsasən, iş və ya vəzifə fəaliyyəti ilə əlaqədar olaraq yuxarıda göstərilən nəqliyyat vasitələrinin hərəkət və istismar qaydalarına riayət etməyə borclu olan şəxsin bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır və ya az ağır xəsarət yetirildiyi halda:

 

- İki ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə,

- Beş min manatdan yeddi min manatadək cərimə,

- Yaxud iki ilədək islah işləri,

 

- və ya iki ilədək azadlığın məhdudlaşdırılması,

- Yaxud iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.