Rusiyada ağır qəza: 3 azərbaycanlı ölüb

Bölmə: Hadisə › ,
Tarix: 10:47 31.05.2025

Rusiyada azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.

 

"İnformator.az" Oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 30-da Rusiya Federasiyasının Şimali Osetiya ərazisində baş verib.

 

"LADA Priora" və VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

 

Həlak olanlardan 3 nəfər Azərbaycan vətəndaşıdır. Dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, 1 nəfər isə Ağstafa rayon sakinidir.

 

Qazax rayonunun Daş Salahlı kənd sakinləri - 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblər.