Cüdoçularımız Avropa Kubokunda mübarizəyə start verəcək

Bölmə: İdman › ,
Tarix: 12:09 31.05.2025

 

Bu gün Sarayevoda (Bosniya və Herseqovina) cüdo üzrə Avropa Kuboku start götürəcək.

 

"İnformator.az" xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın dörd cüdoçusu - Nərgiz Hacıyeva (63 kq), Aytac Qardaşxanlı (70 kq), Günel Həsənli və Nərmin Əmirli (hər ikisi - 78 kq) tatamiyə çıxacaq.


Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatına ümumilikdə səkkiz cüdoçu ilə qatılıb.