Sumun 11 kəndində məcburi köçürülmə elan olunub

Bölmə: Dünya › ,
Tarix: 13:44 31.05.2025

Ukraynanın Sum vilayətində məcburi köçürülmə zonasına daha 11 yaşayış məntəqəsi əlavə edilib.

 

"İnformator.az"  xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat verib.

 

O, ümumilikdə 213 yaşayış məntəqəsinin məcburi evakuasiyaya məruz qaldığını bildirib. Qriqorov vəziyyəti Rusiya ordusunun irəliləməsi səbəbilə mürəkkəb adlandırıb.

 

Hazırda döyüş bölgələrinə yaxın ərazilərdə 35 minə yaxın insan qalır. Oxşar evakuasiya tədbirləri apreldə Dnepropetrovsk vilayətində də tətbiq olunub.