İsrail ordusu yardım nöqtələrində toplaşan fələstinlilərə atəş açıb

Tarix: 22:31 01.06.2025
Bu gün Qəzzanın cənub və mərkəzi hissələrində humanitar yardımın paylandığı nöqtələrdə toplaşan fələstinlilərə İsrail ordusu atəş açıb.
Rəfah şəhərində azı 31 nəfər, Netzarim Dəhlizi yaxınlığında isə 1 nəfər həyatını itirib. Digər tərəfdən, HƏMAS ABŞ-nin təqdim etdiyi atəşkəs razılaşmasına dəyişikliklər edilməsini istəyir. ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Witkoff isə bu təklifləri “qəbuledilməz” adlandırıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, bölgədə aparılan hərbi əməliyyatlar nəticəsində azı 54,418 fələstinli həyatını itirib, 124,190 nəfər yaralanıb. Qəzza Hökumətinin Media Ofisi isə ölənlərin sayının 61,700-dən çox olduğunu bildirib. Qeyd olunur ki, dağıntılar altında qalan minlərlə insanın öldüyü güman edilir. Xatırladaq ki, 7 oktyabr 2023-cü il tarixində HƏMAS-ın İsrailə qarşı hücumları nəticəsində 1,139 nəfər ölmüş, 200-dən çox şəxs girov götürülüb.
Al Jazeera
Selcan Əhmədli