İstanbulda Qəzzaya dəstək yürüşü keçirilib

Bölmə: Dünya › ,
Tarix: 22:40 01.06.2025

İnsan Haqları və Azadlıqları (İHH) Humanitar Yardım Vəqfi İsrailin Mavi Mərmərə gəmisinə hücumunun 15-ci ildönümü münasibətilə “Qəzza və Qüds üçün hər addım” adlı yürüş təşkil edib.

 

Müxtəlif qeyri-hökumət təşkilatlarından minlərlə insan İsrailin İHH və Dünya Ərzaq Proqramının (WFP) Qəzzada həyata keçirdiyi layihə çərçivəsində 5 nəfərin ölümü, 2 nəfərin isə ağır yaralanması ilə nəticələnən hücumunu qınamaq üçün Fatih məscidinə toplaşıb.

 

İştirakçılar Ayasofya Ulu məscidinə doğru yürüş edərək, “Qatil İsrail, Fələstindən çıx” və “Mehmetcik Qəzzaya” şüarları səsləndiriblər.

 

Əllərində Türkiyə və Fələstin bayraqları daşıyan kütlə “Qəzza üçün susmayın”, “Mavi Mərmərə bizim şərəfimizdir”, “Şəhidlərin yolunu davam etdirəcəyik”, “Uşaqlar ölürkən səssiz qala bilməzsiniz” yazılı pankart və lövhələr daşıyıb.

 

Yürüşün sonunda Ayasofya meydanında Quran oxunub.

 

Burada çıxış edən İHH sədri Bülent Yıldırım Qəzzaya humanitar yardım aparmaq üçün aldıqları Azadlıq Donanmasının tərkibində olan Vicdan gəmisinin Malta sahillərində iki pilotsuz təyyarə ilə hücuma məruz qaldığı xatırladılıb.

 

Mənbə: TRT Haber

Fatimə Şahverdiyeva