Məhəmməd İslami: İran-ABŞ birbaşa olmayan nüvə danışıqlarında irəliləyiş əldə olunub

Bölmə: Dünya › ,
Tarix: 15:55 31.05.2025

İran və ABŞ arasında birbaşa olmayan nüvə danışıqlarında irəliləyiş əldə olunub.

 

“İnformator.az” xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd İslami mayın 31-də bildirib.

 

O həmçinin İrana təklif olunan “sıfır zənginləşdirmə” ideyasını rədd etdiklərini vurğulayıb.


Tehran dinc məqsədli nüvə proqramından əl çəkməyəcəyini, nüvə silahı hazırlamayacağını da bildirir.


ABŞ ilə İran arasında Tehranın nüvə proqramı üzrə birbaşa olmayan beşinci görüş keçirilib.