"Simpsonlar" serialının əfsanəvi bəstəkarı Alf Klauzen vəfat edib

Tarix: 16:10 31.05.2025
Dünyaca məşhur "Simpsonlar" animasiya serialının əfsanəvi bəstəkarı Alf Klauzen 85 yaşında vəfat edib.
“İnformatpr.az”, "The Hollywood Reporter"a istinadla verdiyi məlumata görə, bu barədə Klauzenin qızı Kaarin xəbər verib.
Bildirilir ki, bəstəkar Los-Ancelesdəki evində dünyasını dəyişib.
Onun sözlərinə görə, atasına təxminən səkkiz il əvvəl proqressiv supranuklear iflic diaqnozu qoyulmuşdu, lakin ölüm səbəbi bu xəstəliklə bağlı olub-olmadığı açıqlanmayıb.