Bəhreyn kralının Britaniya monarxına "Rolls-Royce" hədiyyə etdiyi məlum olub

Tarix: 16:15 31.05.2025
Bəhreyn kralı Şeyx Həməd bin İsa Əl Xəlifə Britaniya monarxı III Çarlzın 2023-cü ildə tacqoyma mərasimi şərəfinə ona "Rolls-Royce" avtomobili hədiyyə edib.
“İnformator.az”ın xəbərinə görə, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
"Rolls-Royce Cullinan Series II" avtomobili kralın avtoparkına şəxsi deyil, rəsmi istifadə üçün daxil olub və monarx ailəsi üçün nəqliyyat vasitəsi kimi istifadə edildiyi hələ görünməyib", - deyə nəşr vurğulayır.
2023-cü ilin may ayında edilən hədiyyə barədə Bukingem sarayının dərc etdiyi rəsmi siyahıdan məlum olub. Bildirilir ki, avtomobil həm benzinlə, həm də bioyanacaqla işləyə bilər.