Birləşmiş Kralllıq elektron siqaretləri birdəfəlik qadağan edib

Tarix: 20:55 31.05.2025
Birləşmiş Krallığın Ətraf Mühit, Qida və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, bu məhsullar 1 iyun tarixindən etibarən mağaza rəflərindən yığışdırılacaq. Nazirliyin bəyanatında deyilir:
“Sabahdan (bazar günü, 1 iyun) etibarən hökumətin satış və təchizata məhdudiyyət tətbiq etməsi nəticəsində birdəfəlik veyplər mağaza rəflərindən tamamilə yığışdırılacaq". Nazirliyin bildirdiyinə görə, bu addım azyaşlılar arasında veyp istifadəsinin artmasının qarşısını almaq və ətraf mühitə dəyən zərəri azaltmaq məqsədi daşıyır. Qadağanın pozulması halında 200 funt sterlinq cərimə və qanunsuz satılan məhsulların müsadirəsi nəzərdə tutulur.
Caliber
Billurə Quliyeva