HƏMAS ABŞ-nin təklifinə Qəzzada daimi atəşkəs tələbilə cavab verir

Tarix: 21:01 31.05.2025
HƏMAS, ABŞ-nin təqdim etdiyi müvəqqəti atəşkəs təklifinə cavab olaraq daimi atəşkəs tələb edib. Cümə günü, 30 may 2025-ci il tarixində Qəzza şəhərində İsrailin hava hücumundan sonra tüstü səmaya qalxıb.
Həmas öz əks-təklifinin bir hissəsi kimi 10 sağ israilli girovu və 18 cəsədi 125 fələstinli məhbus və 1.111 Qəzzalı saxlanılan şəxsə qarşılıq olaraq azad etməyə razılıq verib. HƏMAS bildirib ki, ABŞ-nin irəli sürdüyü, İsrail rəsmiləri tərəfindən qəbul edilən müvəqqəti atəşkəs təklifinə cavab verib, lakin bu cavabın detalları dərhal açıqlanmayıb. Cavabında HƏMAS əvvəllər irəli sürdüyü tələbləri bir daha vurğulayıb: “Qəzzada daimi atəşkəs, İsrailin tam şəkildə geri çəkilməsi və xalqımıza və ailələrimizə humanitar yardımın fasiləsiz çatdırılması". Bu tələblər ABŞ-nin ilkin təklif layihəsinə daxil edilməmişdi. Həmasın bəyanatında bildirilir ki, razılaşdırılmış sayda fələstinli məhbus qarşılığında 10 sağ israilli və 18 cəsəd azad ediləcək. ABŞ-nin ilkin təklifinə əsasən, döyüşlər 60 gün dayandırılacaq və Qəzzada saxlanılan 58 girovun bir hissəsi fələstinli məhbuslar və təcili ərzaq yardımı ilə əvəz olunacaqdı. Bu barədə məlumat verən Həmas və Misir rəsmiləri anonimlik şərti ilə danışıb.
Evronews
Billurə Quliyeva