Tramp ABŞ-nin diqqətini Ukraynadan Çinə yönəltmək niyyətindədir

Tarix: 15:21 03.06.2025
ABŞ prezidenti Donald Tramp administrasiyası diqqəti Ukraynada davam edən münaqişədən ayıraraq, Çinə qarşı artan geosiyasi rəqabətə yönəltməyə çalışır.
Hazırda Ukrayna hava hücumlarına qarşı müdafiə sistemlərinin çatışmazlığı səbəbilə mürəkkəb vəziyyətdədir. Ölkənin təhlükəsizlik ehtiyaclarının təmin olunmaması cəbhədə ciddi gərginliklərə səbəb olub.
Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda real irəliləyişin olmamasından narazıdır. Moskva ilə Kiyev arasında danışıqların ikinci mərhələsi ərəfəsində onun bu prosesə münasibətində dəyişiklik müşahidə olunub. Prezidentin sülh prosesinə olan inamı azalmaqdadır.
Digər tərəfdən, ABŞ lideri Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə son hücumları ilə bağlı açıq mövqe bildirməyib. O, bu kimi addımları “dərin dövlətin” təsiri və əvvəlki administrasiyanın uğursuz siyasətinin nəticəsi kimi dəyərləndirir.
Mənbə :Caliber
Aytən Ağazadə