Kreml: Putin, Zelenski və Trampın görüşü gözlənilmir

Bölmə: Dünya › ,
Tarix: 16:03 03.06.2025

 

Kreml yaxın gələcəkdə Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-nin keçmiş prezidenti Donald Tramp arasında hər hansı bir görüşün keçirilməsinin gündəmdə olmadığını bildirib.

 

Kremlin yaydığı rəsmi bəyanatda qeyd olunur: “Hazırda Prezident Ərdoğanla da hər hansı bir təmas planlaşdırılmır. Putin, Zelenski və Trampın yaxın zamanda bir araya gəlməsi ehtimalı çox aşağıdır”.

 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyanatında bildirib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən görüşlər zamanı bir sıra razılaşmalar əldə olunub:


“Bunlar əhəmiyyətli razılaşmalardır. Rusiya bu sənədlərə hörmətlə yanaşır və onları nəzərə almağa davam edəcək”.


Haber global
Mahmudlu Ləman