BBC: Suriya rejimi amerikalı jurnalist Austin Tice-ni həbs edib

Bölmə: Dünya › ,
Tarix: 16:13 03.06.2025

 

BBC-nin əldə etdiyi məxfi kəşfiyyat sənədləri amerikalı jurnalist Austin Ticenin 2012-ci ildə Suriya rejimi tərəfindən həbs olunduğunu təsdiqləyir. Sənədlərlə yanaşı keçmiş Suriya rəsmiləri də Ticenin saxlandığını bildiriblər. ABŞ hökuməti əvvəllər onun rejim tərəfindən tutulduğunu güman etsə də, Əsəd rejimi bunu inkar edib.

 

Tice Dəməşq yaxınlığında yoxa çıxıb, bir müddət sonra isə internetdə onun silahlılar tərəfindən girov götürülmüş kimi göstərildiyi video yayımlanıb. Lakin bu səhnənin qurma olduğu iddiaları yayılıb.

 

BBC-nin araşdırmasına əsasən, Tice əvvəlcə Dəməşqin Tahouneh təcridxanasında saxlanılıb və ona digərlərlə müqayisədə nisbətən daha yaxşı münasibət göstərilib. Onun saxlanma şəraiti və səhhət problemləri barədə təfərrüatlar da sənədlərdə yer alır.

 

Əsədin devrilməsindən sonra həbsxanalar boşaldı, lakin Ticedən heç bir iz tapılmadı. O, bu günə qədər tapılmayan amerikalı jurnalistlərdən biri olaraq qalır.


Mənbə: BBC
Türkan Kərimli