Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Bölmə: Dünya › ,
Tarix: 16:23 03.06.2025

Ukrayna xüsusi xidmət orqanlarının Rusiyanın dərinliklərində yerləşən aerodromlara qarşı 1 iyunda həyata keçirdiyi əməliyyat adına qədər dəqiqliklə düşünülüb. “Putin” sözü ilə asosiasiya olunan “Pautina” (“Hörümçək toru”) təsadüfən seçilmədiyi kimi, tarix və məkan da təsadüf deyil.

 

PUA yüklü 5 TIR: sərhəddən keçirilir, Rusiyanın strateji raket daşıyıcılarının parklandığı aerodromların yaxınlığına qədər irəliləyir və uzaqdan idarəetmə ilə TIR-ların üstü və konteynerlər açılaraq, total hücum başlayır.

 

Yalnız bir TIR-da uzaqdan idarəetmə alınmayıb, konteynerlər açılmayıb, partlayış daxildə olub – digər 4 TIR-da hər şey plan üzrə gedib.


Əməliyyat 1 il 6 ay 9 gün vaxt aparıb; baxmayaraq ki, Rusiya sürücülərin həbs olunduğunu bildirir, Ukrayna əməliyyatda iştirak edənlərin çoxdan geri döndüyünü elan edib.