"Galatasaray" üçün yeni dünya ulduzu!

Bölmə: İdman › ,
Tarix: 17:30 04.06.2025

Superliqa və Türkiyə kubokunu qazanaraq mövsümü ikiqat qələbə ilə başa vuran "Galatasaray" yeni mövsümə iddialı start verməyə hazırlaşır.

 

Dris Mertensin gedişindən sonra yarımmüdafiə xəttini gücləndirməyi planlaşdıran sarı-qırmızılılar gözlərini Premyer Liqaya çevirib. "Galatasaray" "Manchester City"nin ulduz futbolçusu Bernardo Silva üçün təmaslarını artırıb.

2026-cı ilə qədər müqaviləsi olan portuqaliyalı futbolçunun şərtləri soruşulub. 30 yaşlı ulduzu da yeni macəra gözləyir. Super Liqa və Ziraat Türkiyə Kubokunda qazandığı qələbələrlə azarkeşlərini sevindirən "Galatasaray" yeni mövsüm öncəsi transfer fəaliyyətlərini sürətləndirib. Sarı-qırmızılı komandanın prezidenti Dursun Özbek və texniki direktor Okan Buruk avrokuboklarda müvəffəqiyyət hədəfi üçün qolları suvayıb.

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı