"Kürdəxanı meşə massivi quruyur"-SAKİNLƏRDƏN HƏYƏCAN TƏBİLİ

Bölmə: Sosial › ,
Tarix: 18:06 05.06.2025

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində meşə zolağının qurudulması kənd sakinlərini narahat edib.

 

“İnformator.az” xəbər verir ki, Kürdəxanı qəsəbəsində meşə zolağı kimi tanınan ərazidə yüzlərlə həmişəyaşıl ağacları süni şəkildə qurutmağa çalışırlar.

 

"Demək olar ki, meşə massivi tamamilə qurumaq üzrədir. Amma buna diqqət edən yoxdur",- deyə şikayətçi bildirib.