ABŞ-nin İranla bağlı hədəfi budur-Ryabkov

Tarix: 10:24 08.06.2025
ABŞ ciddi şəkildə İranla razılığa gəlməyi hədəfləyir və istənilən nəticənin əldə olunması ehtimalı var.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Nazir müavini vurğulayıb ki, Rusiya İran və ABŞ nümayəndələri arasında dolayı təmasları yaxından izləyir:
"Bu cür təmaslar son illərdə İranın nüvə proqramı ilə bağlı kifayət qədər gərgin hadisələrin ümumi kontekstində ciddi dəyişiklikdir".
Qeyd edək ki, son aylar ABŞ-İran nümayəndələri arasında Oman və İtaliyada bir neçə görüş baş tutub.