Rusiya heç Ukraynanı məğlub edə bilmir – Orban

Bölmə: Dünya › ,
Tarix: 19:50 09.06.2025

Ukraynadakı müharibə qlobal münaqişəyə çevrilməyəcək. Bunun səbəbi Rusiyanın kifayət qədər zəif olmasıdır.

 

"İnformator.az" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.


“Ruslar bunun üçün çox zəifdirlər. Onlar heç Ukraynanı məğlub edə bilmirlər, ona görə də NATO-ya qarşı ciddi hücum etmək gücündə deyillər”, – Orban bildirib.

 

Orban əlavə edib ki, Avropa güclü olmalıdır, çünki ruslar yalnız güc dilini anlayır.