Gürcüstandan əcnəbilərlə bağlı mühüm addım

Bölmə: Dünya › ,
Tarix: 22:35 09.06.2025

Gürcüstan hökuməti əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze məlumat verib.

 

Dəyişikliklərə əsasən, qaydaları pozan əcnəbilərə tətbiq olunan cərimələr artırılır, ölkədə qeyri-qanuni qalan şəxslərin çıxarılması prosesi isə sadələşdirilir.