Seyran Ohanyan üçün parlamentə müraciət edilib

Bölmə: Dünya › ,
Tarix: 23:05 09.06.2025

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işi başlana bilər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, ölkənin baş prokuroru Anna Vardapetyan parlamentin sədri Alen Simonyana ərizə ilə müraciət edib. Belə ki, parlament gizli səsvermə yolu ilə cinayət təqibinə razılıq verməlidir.

 

Qeyd edək ki, Ohanyan 2010-2015-ci illərdə Qeqarkunik rayonunda 10,5 min kvadratmetr torpaq sahəsini qanunsuz mənimsəməkdə günahlandırılır. Belə ki, sözügedən ərazidə eks-nazir malikanə tikib.