Prezident Ərdoğan Ferdi Zeyrek üçün başsağlığı verib

Tarix: 23:06 09.06.2025
Prezident Rəcəb Tayyib Ərdoğan Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek üçün başsağlığı mesajı yayımlayıb. Prezident Ərdoğan, "Rəhmətlik Zeyrekə Allahdan rəhmət diləyir, ailəsinə, həmkarlarına, Manisalılara və bütün CHP təşkilatına başsağlığı verirəm", -deyib.
Evində elektrik cərəyanı vuraraq xəstəxanada reanimasiyaya yerləşdirilən Manisa Böyükşəhər Bələdiyyə sədri Ferdi Zeyrek həyatını itirib.
Səhiyyə naziri Kamal Memişoğlu elektrik cərəyanı vuraraq bir müddət xəstəxanada müalicə alan Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrekin bütün müdaxilələrə baxmayaraq həyatını itirdiyini açıqlayıb.
Memişoğlu sosial media hesabından verdiyi açıqlamada bunları qeyd edib:
"Qəza nəticəsində bir müddətdir xəstəxanada müalicə alan Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Allahdan rəhmət diləyir, ailəsinə, yaxınlarına və sevənlərinə başsağlığı veririk".
İyunun 6-da axşam saatlarında Yunusemre rayonundakı evində elektrik cərəyanı vuran Zeyrek müalicə üçün Manisa Cəlal Bayar Universiteti Hafsa Sultan Xəstəxanasına aparılıb.
TRT XƏBƏR
Fatimə Şahverdiyeva