Donald Trump Milli Qvardiyanın göndərilməsi qərarını müdafiə edib

Tarix: 21:41 09.06.2025
ABŞ prezidenti bildirib ki, əgər bu addımı atmasaydı, Los Anceles “tamamilə məhv olardı” və eyni zamanda Kaliforniya qubernatoru Gavin Newsom-u tənqid edib. Newsom isə Tramp administrasiyasına qarşı məhkəməyə müraciət edəcəyini açıqlayıb .
Cümə günü Los Ancelesin mərkəzində etirazlar başlayıb. Bu, İmmiqrasiya və Gömrük İdarəsinin (ICE) şəhər boyu reydlər keçirməsi xəbərindən sonra baş verib.
Tramp şəhərə 2,000 Milli Qvardiya əsgəri göndərib və bu addım siyasi qalmaqala səbəb olub. Newsom və Los Anceles meri Karen Bass isə hesab edirlər ki, etirazları yerli polis öz gücü ilə idarə edə bilər.
Şimali Amerika müxbiri Anthony Zurcher yazır ki, immiqrasiya böhranı fonunda Los Ancelesin qarşıdurma nöqtəsinə çevrilməsi bəlkə də qaçılmaz idi.
BBC
Asiman Vəliyeva