Türkiyədə yeni kənə növü aşkar edilib

Bölmə: Dünya › ,
Tarix: 21:59 09.06.2025

 

Türkiyədə 56-cı növ olaraq “Haemaphysalis longicornis” adlı yeni bir kənə növünün mövcudluğu müəyyən edilib. Tokat Qaziosmanpaşa Universitetindən (TOGÜ) Prof. Dr. Adem Keskin bu növün Türkiyəyə 3-4 il əvvəl gəldiyini düşündüklərini bildirib.

 

Tokat Qaziosmanpaşa Universiteti Fen-Ədəbiyyat Fakültəsinin Biologiya Bölümünün rəhbəri Prof. Dr. Adem Keskin, Yaponiyanın Meşəçilik və Meşə Məhsulları Araşdırma İnstitutunun Vəhşi Təbiət Ekologiyası Bölməsindən Dr. Kandai Doi ilə bir müddətdir Türkiyədəki kənələr üzərində birgə araşdırma apardıqlarını deyib.

 

 Bildirib ki, ötən il İstanbulda bir nəfər üzərində tapdığı kənəni onlara gətirib və deyib: “Bu, Uzaq Şərq mənşəli, çox güman ki, Çin qaynaqlı bir kənədir. Ölkəmizdə məskunlaşdığını düşünürük. Haemaphysalis longicornis adlı bu kənə növü ilə bağlı Yaponiyadakı həmkarım Dr. Kandai Doi ilə apardığımız tədqiqat, sahəsində nüfuzlu beynəlxalq bir jurnal olan ‘Experimental and Applied Acarology’də məqalə olaraq dərc olunub.”

 

Trt haber

Asiman Vəliyeva