Tramp: Los-Ancelesdəki etirazlarda iğtişaşçılara pul verilir

Tarix: 21:30 10.06.2025
ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdəki etiraz aksiyalarında iştirak edənlərə pul ödənildiyini və onların bir çoxunun həbs edildiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdəki etiraz aksiyalarında insanların pul aldığını və bir çoxunun həbs edildiyini bildirib.
Trampın bəyanatı belədir:
"Los-Ancelesdə baş verənləri iğtişaş kimi qələmə vermək mümkün olan ərazilər var. Los Anceles etirazlarında iğtişaşçılara pul ödənilib, biz onların çoxunu həbs etdik. Milli Qvardiyanın əsgərləri təhlükə aradan qalxana qədər Kaliforniyada qalacaqlar. Los-Ancelesdəki fəlakət, deyəsən, əvvəlcədən planlaşdırılıb. Los-Anceles aksiyası zamanı İğtişaşlar Aktına ehtiyac olub-olmadığını görəcəyik".
ABŞ Müdafiə Naziri Heqseth də immiqrasiya agentlərini qorumaq üçün əsgərlərin Los-Ancelesə göndərildiyini bildirib və xidmət edəcək Dəniz Piyadaları və Milli Qvardiyanın dəyərinin 134 milyon dollar olduğunu açıqlayıb.
Haber Global
Əminə Əliyeva