ABŞ-də vətəndaş müharibəsi səsləri

Tarix: 22:40 11.06.2025
Los-Ancelesin Bələdiyyə Başçısı Karen Bass qeyri-qanuni miqrantlara dəstək məqsədilə keçirilən etiraz aksiyalarında baş verən hadisələrdən sonra şəhərin mərkəzində komendant saatı tətbiq edildiyini açıqlayıb. Bass xəbərdarlıq edib: "Əgər siz Los-Anceles şəhər mərkəzində yaşamır və ya işləmirsinizsə, bu ərazidən uzaq durun. Hüquq-mühafizə orqanları komendant saatını pozan şəxsləri həbs edəcək".
Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatına bağlı Los-Anceles şəhərinin Bələdiyyə Başçısı Karen Bass, qeyri-qanuni miqrantlara dəstək məqsədilə davam edən etirazlarda baş verən hadisələr səbəbilə komendant saatı elan etdiyini bildirib.
O, səhər verdiyi açıqlamada qanunu pozanların həbs olunacağını deyərək qeyd edib: “Los-Anceles şəhər mərkəzindəki vəziyyəti yaxından izləyir və cəmiyyətimizi qorumaq üçün yeni tədbirlər görməyə hazırlaşıram. Prezidentin xaotik vəziyyətdən faydalanmaq istəyən pis niyyətli insanları dayandırmaq üçün bu gecə saat 20:00-dan etibarən Los-Anceles şəhər mərkəzində komendant saatı tətbiq etdim".
ABŞ Prezidenti Tramp Los-Ancelesdəki vəziyyəti nəzarət altına almaq üçün əvvəlcə bölgəyə təxminən 2000 Milli Qvardiya əsgərinin göndərildiyini açıqlayıb, daha sonra əlavə olaraq 2000 qvardiyaçı və 700 dəniz piyadasının da göndərildiyini bəyan edib".
Haberler.com
Aygün Babayeva