Avstriyanın Qrats şəhərində məktəbə silahlı hücum-10 ölü və çox sayda yaralı

Bölmə: Hadisə › ,
Tarix: 21:54 10.06.2025

Avstriyanın Qrats şəhərində yerləşən orta məktəbdə baş vermiş silahlı hücum nəticəsində 10 nəfər, o cümlədən hücum edən şəxs həlak olub, 12 nəfər isə yaralanıb.

 

Polis nümayəndəsi Frits Grundnig-in verdiyi məlumata görə, silahlı hücum Qrats şəhərindəki Drayerschützenqasse küçəsində yerləşən məktəbdə baş verib.

 

Əldə olunan məlumata əsasən, insident nəticəsində ümumilikdə 10 nəfər həyatını itirib, bunlardan biri də hücumu törədən şəxsdir.

 

Hadisə ilə bağlı ölkənin baş naziri Kristian Ştoker bütün tədbirlərini ləğv edib, daxili işlər naziri Gerhard Karner isə hadisənin baş verdiyi Qrats şəhərinə yollanıb.

 

Yerlı KİV-lərin yaydığı məlumata görə, hücum nəticəsində 9 nəfəri öldürən şəxs daha sonra məktəbin tualetində intihar edib. Bildirilir ki, həmin şəxs vaxtilə həmin məktəbdə təhsil alıb və orada zorakılığa (travmaya) məruz qalıb.

 

Anadolu Agency

Ayan Əsgərova