Suriya Hava Yolları 12 ildən sonra İstanbula uçur

Bölmə: Dünya › ,
Tarix: 22:44 10.06.2025

 

12 ildən sonra İstanbula ilk uçuşunu təşkil edən Suriya Hava Yollarına məxsus təyyarə hava limanında mərasimlə qarşılanıb.

Bəşər Əsəd rejiminin sona çatmasından sonra Suriya beynəlxalq uçuşlara açıldı və ölkənin bayraq daşıyıcısı Suriya Hava Yolları 12 illik fasilədən sonra İstanbula uçub.

 

Dəməşqdən havaya qalxan Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsi axşam saatlarında İstanbul hava limanına enib.

Hava limanının operatoru İGA rəsmiləri Suriya Hava Yolları rəhbərlərini və uçuş heyətini çiçəklərlə qarşılayıb.

 

Gəliş mərtəbəsində B15 Qapısının qarşısında təşkil edilən mərasimdə İGA Aviasiya İnkişafı Direktoru Fırat Ocak, Suriya Hava Yollarının baş direktoru Semir Orabi və digər rəsmilər iştirak ediblər.

 

Mərasim lentin kəsilməsi və tortun kəsilməsi, daha sonra xatirə şəkli çəkilməsi ilə başa çatıb.

 

TRT XƏBƏR

Fatimə Şahverdiyeva