İran mediası İsrailin nüvə layihələri ilə bağlı gizli sənədləri yayımlayıb

Tarix: 17:45 12.06.2025
İranın mətbuat orqanları İsrailə aid gizli sənədlərin ilk hissəsini dərc edib.
“İnformator.az”ın verdiyi məlumata görə, İran kəşfiyyatı tərəfindən ələ keçirilmiş bu sənədlərdən təxminən 1000-ə yaxını İsrailin nüvə proqramları ilə əlaqəlidir.
Yayımlanan materiallara əsasən, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İran əleyhinə İsrail rejimi ilə tam əməkdaşlıq edib və Təl-Əvivin bütün göstərişlərini yerinə yetirib.
Qeyd edək ki, İran KİV-ləri gizli sənədlərinin əldə edilməsi barədə hələ iyunun 7-də yazmışdı. O zaman informasiya naziri İsmail Xatib sənədləri ölkənin hücum potensialını gücləndirməyə imkan verəcək "kəşfiyyat məlumatlarının bütöv bir xəzinəsi" adlandırıb.