Gəncədə 42 yaşlı şəxs güllələnərək qətlə yetirilib

Tarix: 23:51 15.06.2025
Gəncədə törədilən qətlin təfərrüatı məlum olub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin "Avtozavod" qəsəbəsində baş verib.
İlkin məlumata görə, 1983-cü il təvəllüdlü Vüsal Əhmədov ürək nahiyyəsindən güllələnib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.