İsrail təyyarələrinin Türkiyədə yerləşdirilməsi iddiaları ilə bağlı rəsmi açıqlama

Bölmə: Dünya › ,
Tarix: 22:19 15.06.2025

Türkiyənin Dezinformasiyalarla Mübarizə Mərkəzi sosial media platformalarında yayılan “İsrailin mülki təyyarə donanmasının bir hissəsinin Türkiyədə yerləşdirildiyi” barədə iddialara aydınlıq gətirib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, açıqlamaya görə, bu iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir.


Məlumatda bildirilir ki, hazırda Türkiyə ilə İsrail arasında nə mülki, nə də hərbi aviasiya sahəsində heç bir əməkdaşlıq və fəaliyyət mövcud deyil: “Hava limanlarımızda və texniki xidmət sahələrimizdə İsrailə məxsus heç bir təyyarə yoxdur".