Arakçı səfirləri toplayıb: Güclü sübutlarımız var ki...

Bölmə: Dünya › ,
Tarix: 22:43 15.06.2025

 

İsrailin İrana qarşı hücumları ABŞ-ın razılığı və dəstəyi olmadan heç vaxt baş verməzdi.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Abbas Arakçı bu gün Tehranda xarici ölkə səfirləri, diplomatlar və beynəlxalq nümayəndələrlə görüşündə deyib.


“Bizim İsrailin hücumlarını bölgədəki Amerika qüvvələrinin dəstəklədiyinə dair güclü dəlillərimiz var. Amerika qüvvələrinin rejimə necə kömək etdiyini yaxından izləyirik. Amma bizim sübutlarımızdan daha vacib olan Trampın müsahibəsində dəstəyini açıq şəkildə ifadə edən və növbəti addımların olduğunu bildirən bəyanatlarıdır. ABŞ bu hücumlarda tərəfdaşdır və onun məsuliyyətini qəbul etməlidir.