İranın “xəyalət generalı”: Onun ölümü Tehranın məhvinin önünü açıb

Tarix: 22:58 15.06.2025
Böyük Britaniyanın nüfuzlu “Tayms” nəşri 2019-cu ilin sonunda 2020-ci ildə bəşəriyyətin taleyinə ən çox təsir edəcək 20 nəfərin siyahısını hazırlamışdı. 20 nəfərlik siyahıdakı şəxslərdən biri də İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı bölməsinin komandanı general Qasım Süleymani idi.
"İnformator.az" "Bakupost.az"a istinadən xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli bildirib.
O xatırladıb ki, bu hadisədən cəmi bir neçə gün sonra Süleymani Bağdadın beynəlxalq hava limanını “Toyota Avalon” avtomobilində “Hyunday Stareks” mikroavtobusunun müşayiəti ilə tərk edərkən raket zərbəsi ilə öldürülüb:
“Mərkəzi Kəşfiyat İdarəsinin sabiq direktoru Devid Petrus İraqdan Livana, Suriyadan Əfqanıstana kimi çox geniş bir çoğrafiyada “xəyalət general” (əyulə-zombi - red.) ləqəbi ilə tanınan Süleymanini şərin canlanan təcəssümü hesab edirdi. Petrus Süleymani ilə 2008-ci ildən “tanış idi”. Süleymani 2008-ci ildə İraqdakı çoxmillətli NATO hərbi qüvvələrinə rəhbərlik edən Petrusa belə bir məktib göndərərək, İraqdan çıxmalarını tələb edib: “General Petrus, siz bilməlisiniz ki, mən, Qasım Süleymani İranın İraq, Suriya, Livan, Əfqanıstan və Qəzza siyasətinə cavabdeh şəxsəm və siz mənim ərazimə girmisiniz”.