KDÇ-2025: “Bavariya” rəqibinə 10 qol vurub

Tarix: 22:23 15.06.2025
Almaniyanın “Bavariya” komandası ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatında ilk oyununu keçirib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, C qrupunda mübarizə aparan Münhen təmsilçisi Yeni Zelandiyanın “Oklend Siti” klubu ilə üz-üzə gəlib.
Vensan Kompaninin rəhbərlik etdiyi kollektiv rəqibinə şans tanımayıb - 10:0.
“Bavariya”nın heyətində Kinqsli Koman (6, 22), Saşa Buy (18), Maylk Olise (20, 45+3), Tomas Müller (45, 89) və Camal Musiala (68, 73 - penalti, 84) fərqləniblər.
Bu qrupun digər qarşılaşması iyunun 17-də “Boka Xuniors” (Argentina) və “Benfika” (Portuqaliya) arasında baş tutacaq.