Mingəçevirdə piyadanı avtomobil vurub

Tarix: 22:25 15.06.2025
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, yerli bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində, mərkəzi bazar yaxınlığında baş verib. “Chevrolet” markalı avtomobil yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Ağdaş rayon sakini Əhmədov Umudvar Həmdiyyə oğlunu vurub.
Yaralı piyada xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır