İran israilliləri kritik infrastruktur obyektləri olan əraziləri tərk etməyə çağırıb

Tarix: 22:33 15.06.2025
İsrailliləri kritik əhəmiyyətli infrastruktur obyektlərinin yaxınlığında yerləşən əraziləri tərk etməyə çağırırıq.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin bəyanatında deyilir.
"Hücumlara hərbi və güc mərkəzləri, qərar qəbuletmə mərkəzləri və komandanlıq qərargahları daxil olmaqla kritik və mühüm obyektlər məruz qalacaq", - ordu nümayəndəsi İran dövlət televiziyasının efirində çıxışı zamanı söyləyib.