İrana bu qüvvə hücum edəcək, yeni dövlət yaradılacaq

Bölmə: Dünya › ,
Tarix: 22:36 15.06.2025

İran İsrail üçün nüvə təhlükəsi yaradan olsaydı, onu indi edərdi, İsrailə “kirli”, yəni radioaktiv uranium ehtiva edən raket atardı. Amma atmır. Xatırladaq ki, İran-İraq müharibəsində İraqın kimyəvi silah istifadə etməsinə baxmayaraq, İran eyni şeyi etməyib.

 

"İnformator.az" "Axar.az"a istinadla xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev İran-İsrail qarşıdurması haqda qeyd edib.

 


“İndi anlamaq olur ki, niyə İrana hücumdan əvvəl İsrail Livan və Suriyaya da zərbələr endirdi (bu hücumda ordan cavab zərbələri gəlməsin deyə). Müharibə bir az uzun çəkə bilər”, - ekspert bildirib.