“Real” rəhbərliyi Alleqri üçün müraciət etməyə hazırdır

Tarix: 12:11 03.03.2016
Əgər Zinəddin Zidan mövsümü xilas etməzsə, “Real Madrid” Massimiliano Alleqri üçün “Çelsi”yə müraciət etməyə hazırdı.
İnformator.az xəbər verir ki, bu haqda İtaliya mətbuatı məlumat yayıb. Həftəsonu keçirilən derbidə “Atletiko” ilə mübarizə aparan “Real” La Liqanın üçüncü pilləsində, lider “Barselona”dan isə 12 xal geri qalıb.
İtaliya mətbuatı iddia edir ki, Alleqri ilk dəfə “Real Madrid” rəhbərliyini ötən mövsüm Çempionlar liqasında “Yuventus”un İspaniya nəhənglərini məğlub etdiyi zaman heyran edib.