Ueyn Runi Avro 2016-dan kənarda qala bilər

Bölmə: İdman › ,
Tarix: 12:40 03.03.2016

İngiltərə millisinin və “Mançester Yunayted”in kapitanı Ueyn Runi Avro 2016-dan kənarda qala bilər.

İnformator.az xəbər verir ki, buna səbəb oyunçunun dizindən əməliyyat edilmə təhlükəsinin olmasıdır. 30 yaşlı hücumçu diz bağlarını ayın əvvəlində keçirilən “Sunderland”la oyun zamanı zədələmişdi. Lui Van Qal bildirmişdi ki, Runi diz üçün qoruyucu geyinməyə məcbur edilib. Qoruyucu futbolçunun vəziyyətini stabilləşdirsə belə, o bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Ən dəhşətli ssenari isə odur ki, Runi əməliyyat olunacaq, bu isə baş məşqçi Van Qal və İngiltərə millisinin çalışdırcısı Roy Hodson üçün kabus olar.

“İndi onun ayağında qoruyucu var və Runi bunu iki həftə və daha çox geyinməlidir. Onda biz yenidən vəziyyətə baxacağıq. İndi mən heç nə deyə bilmirəm. Hazırda o, istirahət edir”,- Van Qal deyib.