İlkay parlayıb, "Manchester City" qollar yağdırıb

Tarix: 13:41 23.06.2025
2025 FIFA Klublararası Dünya Kubokunun G qrupunda keçirilən ikinci qarşılaşmada "Manchester City" ilə "Al Ain" üz-üzə gəlib. İlkay Gündoğanın 2 qolla parladığı oyunu "Manchester City" 6:0 hesabı ilə qazanıb.
İlkay Gündoğan matçın ulduzu olub — 8-ci dəqiqədə hesabı açıb, 73-cü dəqiqədə isə komandasının 4-cü qolunu vurub.
"Manchester City"nin digər qollarını isə 27-ci dəqiqədə Echeverri, 45+5-ci dəqiqədə Haaland, 84-cü dəqiqədə Bobb və 89-cu dəqiqədə Cherki vurub.
Mənbə: TRT Haber
Nigar Həsənzadə