III qrup üzrə bəzi ixtisasların balları arta bilər

Bölmə: Sosial › ,
Tarix: 14:04 24.06.2025

DİM sədri Məleykə Abbaszadə bildirib ki, bu il III ixtisas qrupunda bəzi ixtisasların keçid balları ötən illə müqayisədə 3-5 bal arta bilər.

 

Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı "İnformator.az"a açıqlamasında bildirib ki, üçüncü qruplarda abituriyentlərin ixtisas seçiminə buraxılması üçün minimal şərtlər mövcuddur:

 

"Belə ki, üçüncü qrupun dil, tarix alt qrupunda sosialist və muzey işi, muzey arxiv işi və abidələrin qorunması ixtisaslarında, eləcə də TC alt qrupunda regionşünaslıq ixtisaslarda abituriyentlər, blok balından minimal 50 bal, buraxılış balı ilə, bir yerdə isə minimal 150 bal toplamalıdırlar. Keçən ilin ümumi nəticələrinə görə, sosial işdə minimal keçid balı 219 bal, muzey, arxiv işi və abidələrin qorunmasında minimal keçid balı 215 bal regionşünaslıqda isə minimal keçid balı 181 bal olub. Göründüyü kimi, abituriyentlər yalnız bir ixtisas üzrə 150 -200 bal aralığında bal toplayaraq tələbə adını qazana bilər".

 

Ekspert əlavə edib ki, keçid ballarının formalaşmasına təsir edən ən əsas amillərdən biri həmin qrup üzrə abituriyentlərin sayıdır:

 

"Üçüncü qrupda keçən ilə nisbətən abituriyentlərin say dinamikası daha çoxdur. Yəni, bu qrupda balların qalxmasına təsir edən əsas amillərdən biri bu ola biləcək. İkinci amil ixtisas yerləri və plan yerlərinin sayıdır. Amma burada bir vəziyyət abituryentlərin xeyrinədir. Belə ki, keçən ilə nisbətən üçüncü qrupda ixtisas plan yerlərinin sayı artırılıb. Balların qalxmasına və yaxud düşməsinə təsir edən digər amillərdən biri isə imtahan suallarının çətin və yaxud asan olmasından irəli gəlir. Yəni, imtahan sualları çətin olanda adətən ballar aşağı düşür. Üçüncü qrupda ən ciddi mübarizə şərti 150 ballıq ixtisasları da özünü göstərir. Bunun səbəbi ondan ibarətdir ki, adətən buraxlış imtahanları asan olur və həm də səhv düzü aparmadığına
görə buraxılış imtahanlarının nəticələri yüksək olur. Amma əksinə, blok imtahanı çətin olduğuna görə və səhv düzü apardığına görə bir çox abituriyentlər minimal keçid həddini, yəni 100 balıq blok imtahanından keçə bilmədiklərinə görə məhz 150 ballıq ixtisas seçimində iştirak etməli olurlar. Buna görə də burada yüksək mübarizə şərti yaranır və gördüyümüz kimi yalnız bir ixtisasda 200 baldan aşağı abituriyentlər universitetə daxil ola biliblər. Qeyd edim ki, bu 150 ballıq ixtisaslardan sosial işin keçid balı dövlət universitetlərinin bəzi ixtisaslarında 105 -100 bal arası dəyişir".

 

Ayşən Səlimova