Ağ Ev lideri İrana maksimum iki həftə vaxt verib

Tarix: 14:00 24.06.2025
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı böhranı diplomatik yolla həll etməyə çalışır və Tehrana bu məqsədlə maksimum iki həftə vaxt verilir.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ-nin ultimatum verməsindən əlavə nəzərə almaq lazımdır ki, artıq ABŞ İran ərazisindəki hərbi obyektləri B2 və B52 bombardmançı təyyarəsi ilə bombalayıbdır:
"Bu gün alınan məlumatlar da ondan ibarətdir ki, İran artıq ABŞ-nin Suriyadakı bazalarını vurmağa başlayıb və hətta vurubdur. Yəni vəziyyət gərgindir. Bundan sonra rahatlıqla tərəflər bir masa arxasında oturub məsələni həll edə bilərlər. Düzdür, böyük bir dağıdıcı müharibəyə keçə bilərlər, xeyr, keçməzlər, lakin qarşılıqlı şəkildə hava hücumlarının davam etməsi gözlənilir. ABŞ tərəfi İrana qonşu olan ölkələrdə hərbi hissələrini, bazalarını hazır vəziyyətə gətirib. Görünür ki, bu bilef xarakteri daşıya bilər. Amma İran artıq başa düşür ki, bu məsələdə geri addım atsa, rejim devriləcək. Yəni, məqsəd burda təkcə nüvə anlaşmasını imzalayıb. Nüvədən əl çəkməsi deyil. Həm də burada nəzərə almaq lazımdır ki, rejimin dəyişikliyi məsələsi də gündəmdir. O baxımdan ABŞ ilə münasibətlərindən hər hansı bir formada müsbət istiqamətdə söz etmək, hələ tezdir və bəlkə də real görsənmir. Amma hər vəziyyətdə baş verə biləcək istənilən böyük çaplı qarşıdurma regiona heç də yaxşı nəsə vəd etməyəcək. Ən birinci problem ekoloji problemin yaranması ehtimalıdır. Eyni zamanda qaçqın axını qonşu ölkələrə qaçqın axını olma ehtimalı çoxdur. Bu da qaçılmazdır və region böyük miqyaslı bir müharibəyə sürüklənə bilər. Qaldı ki, Avropa ilə Amerikanın münasibətlərinə, Avropanın özü parçalanan vəziyyətdədir. Bu dəqiqə Fransanın yanaşması tamam fərqlidir. Amerika Birləşmiş Ştatlarının digər müttəfiqlərindən olan Böyük Britaniyanın münasibəti, Almaniyaya münasibət fərqlidir. Ona görə də orada artıq Avropada bir fərqlilik formalaşıb. Yəni parçalanma var. Amma hər vəziyyətdə İranda baş verə bilən istənilən hadisə regiona müsbət nəyisə vəd eləmir".
Ayşən Səlimova